RU

"Referans", "LBC", "Məlhəm", "Caspian Hospital" və s. klinikalarda saxta diplomlu həkimlər var? - SİYAHI

Azərbaycanda estetik əməliyyatlar həyata keçirən bir çox həkimin saxta diplomlar əldə edərək, tibb sahəsində fəaliyyət göstərdikləri iddia olunub.

Bakuinfo.net xəbər verir ki, bununla bağlı jurnalist, ANS TV-nin 2015-ci ilədək ABŞ-dakı bürosunun rəhbəri olan Qənirə Ataşova İnstaqram səhifəsində siyahı paylaşıb.

O, “Azərbaycanın estetik cərrahiyyəsinin üzü” başlığı ilə paylaşdığı siyahıda yer alan 49 cərrahın rüşvət qarşılığında sertfikat əldə etdiyini qeyd edib.

“2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Sual yaranır: Bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?

Cavab sadədir, əziz oxucu! Səhiyyə Nazirliyinə “səmimi” bir rüşvət — düz, 30 min manat ödəyib, “möcüzəvi şəkildə” estetik cərraha dönüşmək mümkündür. Nazirlik 30 min manata dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra böyük mükafatla geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” iddiası ilə çıxış edirlər.

Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm, insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyi Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”, - deyə o iddiasında bildirib.

 

Избранный
16
bakuinfo.net

1Источники