RU

ADNSU-da 8 Noyabr- Zəfər Günü qeyd edilib - FOTOLAR

Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.    Manset.az xəbər verir ki, ADNSU məzunlarının xatirə kompleksinin ziyarət olunması ilə başlanan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Sonra 44 günlük Vətən müharibəsindən bəhs edən film nümayiş olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən rektor əvəzi, dosent Vazeh Əskərov Şanlı qələbəmizdən artıq 4 il keçdiyini deyib və  bu münasibətilə hər kəsi təbrik edib.  44 günlük Vətən müharibəsindən, qələbəni  şərtləndirən amillərdən söz açan dosent Vazeh Əskərov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfərinin bu gün bütün suveren Azərbaycan ərazisində qürurla qeyd olunduğunu deyib.  ADNSU-nun 23 məzun şəhidinin hər birinin adına audotoriya açıldığını qeyd edən dosent Vazeh Əskərov şəhid məzunların xatirsinin hər zaman əziz tutulacağını və onların adlarının hər birimizin qəlbində daim yaşayacağını bildirib.  Sonra tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri və yaxınları çıxış edərək şəhidlərin xatirəsinə və ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 
ADNSU-nun Vətən müharibəsində iştirak edən tələbəsi Kamran Babayev çıxış edərək ağır, lakin bir o qədər də qürurverici döyüş yolundan, ordumuzun qələbəsindən danışıb. 

Sonra ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının ifasında “Laçın” rəqsi və tələbələrin ifasında “Ey Vətən” mahnısı ifa olunub.

Избранный
93
2
manset.az

10Источники