RU

Məşhur kosmetoloq tibb işçisi deyilmiş - RƏSMİ

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində özünü estetik cərrah kimi təqdim edən bir neçə həkimin bu icazəsinin olmadığı üzə çıxıb.Məlumatda “Laser Beauty Clinik” klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb.Bildirilib ki, bu klinikanın həkimlərindən biri Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib.Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Clinic” adlı müəssisədə aparılan yoxlamalar zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati  xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib.Qeyd edək ki, N.Rüfət özünü həkim-kosmetoloq kimi təqdim edərək yüzlərlə prosedur icra edib.  \\Modern.az 

Избранный
60
13
gender.az

10Источники