RU

General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir? – DOSYE

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, nazirliyin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirov,

polkovnik Gündüz Əliş oğlu Əbdülov,

polkovnik Azər Əlövsət oğlu Qasımov,

ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyev.

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, xüsusi təyinatlı hərbi hissə komandiri Ələkbər Cahangirov Vətən Müharibəsi qəhrəmanıdır. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları ilə, eləcə də “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Milli Müdafiə Universitetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. 2024-cü il yanvarın 12-də Milli Müdafiə Universitetinin rektoru təyin olunub.

Azər Qasımov da Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə “Zəfər ordeni” ilə təltif edilib.

Adıçəkilən şəxslərlə yanaşı ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Избранный
110
49
nocomment.az

10Источники