RU

Ağsu Qoruğunda 8 Noyabr – Zəfər Gününə həsr olunanRƏSM MÜSABİQƏSİ KEÇİRİLİB

"Orta  Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qoruğun, Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu Rayon Təhsil Sektoru və Ağsu rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ məktəblilərin gözü ilə” adlı sərgi təşkil olunub. 

 

Qoruqdan Senzor.az-a verilən məlumata görə, sərginin keçirilməsində məqsəd məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, tarixi həqiqətləri gənc nəslə çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaq  olub.

 

Müsabiqəyə 60-a yaxın rəsm əsəri təqdim olunub və onlar zəfər, müstəqillik, Vətən, şəhidlər mövzularını əhatə edib.  

Müsabiqədə Bakı şəhəri 290 saylı məktəbin, Ağsu şəhəri Aslan Nadirov adına 1 saylı məktəb liseyin, Ağsu şəhəri Soltan Umbayev adına 2 saylı tam orta məktəbin, 3 və 4 saylı tam orta məktəblərin, Ağsu şəhər Polad Mirzəyev adına  5 saylı tam orta məktəbin, Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbinin, Məzahir İsmiyev adına Ərəbuşağı kənd tam orta məktəbinin, Ağamalı Qurbanov adına Ləngəbiz kənd tam orta məktəbinin, Mahmud Rəhimov adına Musabəyli kənd tam orta məktəbinin, Pirhəsənli kənd tam orta məktəbinin, Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbinin, Azər Nuralıyev adına Keçdiməz kənd ümumi orta məktəbinin, Daşdəmirbəyli kənd tam orta məktəbinin, Güləhməd Kərimov adına Gursulu kənd ümumi orta məktəbinin və Müslüm Kərimov adına Növcü kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər. 

 

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

 

Ağsu Qoruğunun direktoru Şölə Bayramova iştirakçıları salamlayıb və sərginin təşkil olunmasında verdiyi dəstəyə görə hər kəsə təşəkkürünü bildirib.  

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu Rayon Təhsil Sektorunun nümayəndəsi Ruslan Məmmədov 2-ci Vətən müharibəsindən söz açaraq şəhidlərə, qazilərə və müharibə iştirakçılarına minnətdarlığını ifadə edib və gənclərə bu qəhrəmanlardan örnək götürməyi məsləhət görüb. O, həmçinin dövlət başçısının müharibə dövründə və müharibədən sonra gördüyü işlərdən, aparılan islahatlardan bəhs edib. 

 

Daha sonra Vətən müharibəsi şəhidi Hüseyn Səmədovun anası Şamama Səmədova çıxışında gənclərə dərslərini yaxşı oxumalarını, tariximizi dərindən öyrənmələrini və şəhidləri daim xatırlamalarını tövsiyə edib.   

Ağsu şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə öz növbəsində Qoruq rəhbərliyinə, tədbirin təşkilatçılarına, həmçinin tədbirin məsuliyyətini başa düşən gənc iştirakçılara öz təşəkkürünü bildirib. O, sərgidə əsərlərin çoxluğunun ürəkaçan bir hal olduğunu qeyd edib. 

 

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov ölkə Prezidentinin Dəmir yumruq siyasətindən, apardığı siyasətin necə parlaq nəticə verməsindən söz açıb. Öz çıxışında o, hələ Tovuz hadisələri zamanı xalqın necə vətənpərvər övladlara malik olduğunu bildirərək şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.


Tədbirdə Ağsu rayonundan Vətən müharibəsi şəhidi Səməd Hüseynovun ailə üzvləri, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Rəşad Osmanov, Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu Rayon Təhsil Sektorunun nümayəndəsi Ruslan Məmmədov, Ağsu şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları, Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Azər Kərimli, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin nümayəndələri - Ağsu rayonu üzrə abidə mühafizəçiləri, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Ağsu rayonu üzrə nümayəndə) Cavanşir Şeydazadə və əməkdaşları, Ağsu rayon Mərkəzi Xəstəxanasının kollektivi, Ağsu rayon uşaq gənclər Mərkəzinin direktoru və əməkdaşları, Ağsu rayon məktəblərinin müəllim və şagirdləri də iştirak ediblər. 

Ağsu şəhər Soltan Umbayev adına  2 saylı tam orta məktəbin Vll sinif şagirdləri Abuzərli Sahilə, Cahangirova Mələk, 4 saylı tam orta məktəbin VII-VIII sinif şagirdləri Kərimova Səbinə, Mustafazadə Zəhra,  Musayeva  Zəhra, Mahmud Rəhimov adına Musabəyli kənd tam orta məktəbin VII sinif şagirdləri Abdullazadə Nihal, İslamova Aylin, Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbin VI sinif şagirdləri Hüseynova Ruqiyyə, Ərəstunzadə Asiman şeirlər səsləndiriblər. 

Sərgidə iştirak edən məktəblilər sertifikatla təltif olunublar. 

 

Senzor.az

Избранный
71
senzor.az

1Источники