RU

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Zəfər Gününə həsr edilən tədbir keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Zəfər Gününə həsr edilən tədbir keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri açan Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru Habil Qurbanov xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin polad iradəsi sayəsində Vətən müharibəsində qazanılan Qələbənin heç vaxt unudulmayacağını vurğulayıb.

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini yaşadığını deyib. Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində qazanılan Qələbəni xalqımızın qürur hissi ilə qeyd etdiyini söyləyib.

Digər çıxış edənlər milli qürur mənbəyimiz olan bayrağımızın azad edilmiş ərazilərimizdə vüqarla dalğalandığını vurğulayıblar.

Sonra tədbirdə II Qarabağ müharibəsinin qazilərinə və iştirakçılarına mükafatlar təqdim edilib.

Избранный
49
tehsil.biz

1Источники