RU

Qələbənin rəmzi Şuşa şəhər gününü qeyd edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Noyabrın 8-i Azərbaycanda Şuşa Şəhəri Günü qeyd olunur.
Oxu.Az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Şəhər 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 43-cü günündə, noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən düşmən tapdağından azad olunub.
Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olublar. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən "İskəndər" ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.
2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı keçirilib.
"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Şuşaya ilk köç 2024-cü il mayın 10-da baş tutub.
İndiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.
Bu il sentyabrın 24-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 32 il sonra ilk zəng çalınıb.
Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı bu il oktyabrın 21-də təsdiqlənib.
Избранный
100
6
oxu.az

10Источники