RU

“Qarabağ”ın futbolçularından təqdirəlayiq hərəkət

UEFA Avropa Liqasının IV tur çərçivəsində baş tutan “Qarabağ” – “Bodo Qlimt” matçından əvvəl maraqlı anlar yaşanıb.

Publika.az xəbər verir ki, təmsilçimizin futbolçuları təqdirəlayiq davranışla yadda qalıblar.

Belə ki, Ağdam klubunun qapıçısı Mateuş Koxalski və müdafiəçi Abbas Hüseynov onlarla birgə meydana çıxan uşaqlar üşüməsinlər deyə öz üst geyimlərini onlara veriblər.

Onlar əyinlərindəki klub gödəkçələrini çıxararaq, uşaqların çiyinlərinə atıblar.

Sözügedən görüntüləri təqdim edirik:

Избранный
4
3
publika.az

4Источники