RU

"Miss Rusiya” qaçaqmalçılığa görə həbs olundu - FOTO

Miss Russia 2015”in qalibi Sofiya Nikitçuk Vnukovo hava limanında saxlanılıb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, model qızıl-zinət əşyalarının qaçaqmalçılığında şübhəli bilinir. İstanbuldana Moskvaya uçan 31 yaşlı model Vnukovo hava limanında üzərində olan zinət əşyalarını gömrüyə bəyan etməyib və "yaşıl dəhliz”lə irəliləyib.

Hava limanının əməkdaşları modeli saxlayıb və aksesuarların dəyərini təxminən 12 milyon rubl qiymətləndiriblər. Sofiyanın üzərində aşkarlanan "Patek Philippe” markalı saat, iki bahalı üzük və 750 karatlıq qızıldan hazırlanmış "Cartier” boyunbağı müsadirə olunub.

Nikitçukun sözlərinə görə, o, qızılları şəxsi əşyaları olduğu üçün bəyan etməyib. Qanunla isə onların dəyəri 1 milyon rublu keçərsə, bunu etməli idi. Qeyd edək ki, model qaçaqmalçılıq və gömrük rüsumlarından yayınma ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Bu maddələrə görə, onu beş ilədək həbs gözləyir.

Избранный
73
sia.az

1Источники