RU

Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tarixi zəfəri xalqımıza yaşatdı-Könül Nəbizadə - Vətən Naminə

">

2020-ci ildə Vətən müharibəsinin Zəfər günü olaraq qeyd olunan bu tarix, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin və müstəqillik uğrunda qazandığı tarixi zəfərin simvoludur. Bu gün, xalqımızın birliyi, gücü və qətiyyəti ilə yazılmış bir dastan kimi yaddaşımıza həkk olunub.

Bu möhtəşəm qələbəni bizə bəxş edən, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi və Azərbaycan Ordusunun peşəkarlığı ilə mümkün oldu. İlham Əliyevin sarsılmaz iradəsi, strateji baxışı, və xalqı səfərbər etməsi nəticəsində Vətən müharibəsində müzəffər bir sonluğa nail olundu. Onun müdrik qərarları ilə ölkəmiz həm diplomatik arenada, həm də döyüş meydanında böyük uğurlar əldə etdi. Eyni zamanda, əsgərlərimiz–Azərbaycan Ordusunun igid övladları, canlarını sipər edərək xalqımızı bu qələbəyə qovuşdurdular.

Vətən müharibəsi boyu Azərbaycan əsgəri bir çox cəbhədə qətiyyətlə irəlilədi, dərin çətinliklərə baxmayaraq, işğaldan azad etdiyi torpaqlara bayrağımızı yenidən sancdı. Hərbi sahədə yeni və müasir taktikalardan istifadə edən ordumuz, gücünü və bacarığını sübut etdi. Bu zəfər bizim üçün yalnız ərazilərimizi geri qaytarmaq anlamında yox, həm də milli qürurumuzu və Vətən sevgimizi yüksəltməkdə mühüm rol oynadı.

Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı və fədakarlığı bu zəfərin təməlidir. Azərbaycanın müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onlar, gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olaraq qalacaqlar. Qazilərimiz isə öz sağlamlıqlarını itirsələr də, Vətən sevgisi ilə dolu bir həyat yaşamaqda davam edirlər və bizim onlara daim borcluyuq.

Bu zəfər tarixinin önəmi təkcə Azərbaycanın qələbəsi ilə məhdudlaşmır; həm də regionda yeni bir dövrün başlanğıcıdır. Azad olunan torpaqların bərpası, yenidən qurulması, vətəndaşlarımızın həmin yerlərə geri qayıdışı üçün genişmiqyaslı işlər həyata keçirilir. Azərbaycanın bu ərazilərdə başladığı layihələr yalnız ölkəmiz üçün deyil, ümumilikdə Qafqazda sülh və sabitlik üçün də mühüm əhəmiyyət kəsb edir.

Hər il 8 Noyabrda biz, xalq olaraq, bu möhtəşəm zəfəri qeyd etməklə yanaşı, şəhidlərimizə rəhmət diləyir, qazilərimizə uzun ömür və can sağlığı arzu edirik. Bu gün bizim qürur günümüzdür, hər bir Azərbaycanlının ürəyində böyük bir fəxarət hissi doğuran bir gündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Избранный
99
17
vetennamine.az

10Источники