RU

Rusiya Ukraynanı hansı sərhədlər daxilində tanıyır? – Putin açıqladı

Rusiya Ukrayna sərhədlərini Ukraynanın neytral dövlət olması ilə bağlı razılaşmalar əsasında tanıyıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Valday plenar iclasında çıxışı zamanı bildirib.

O, Rusiya tərəfinin Sovet İttifaqının dağılmasından sonra tərəflərin razılaşmaları çərçivəsində hər zaman Ukrayna sərhədlərini tanıdığını vurğulayıb. Putin qeyd edib ki, “Ukraynanın müstəqilliyi haqqında” bəyannamədə Ukraynanın neytral dövlət olduğu bildirilir. O əlavə edib ki, bunu Rusiya tərəfi dəstəkləyib.

Putinin sözlərinə görə, Moskva bu əsasda sərhədləri tanıyıb, lakin sonradan Ukrayna rəhbərliyi əsas qanuna dəyişiklik edib və həmçinin Şimali Atlantika Alyansına qoşulmaq istəyini bəyan edib. Putin əlavə edib ki, “biz belə razılaşmamışdıq”.

Избранный
14
2
yenicag.az

10Источники