RU

Xəstəlik saçan geyimləri ölkəyə kimlər gətirir? - ŞOK FAKTLAR

Son zamanlar zərərli geyimlərlə bağlı aşkarlanan faktların sayı durmadan artır. İstifadə edilərkən insan orqanizmində ciddi fəsadlar törədən geyimlərin çox təəssüf ki, coğrafiyası durmadan genişlənir. Ən pisi də odur ki, bu işlə tanınmış və böyük şirkətlər məşğul olur.

News365.az-a bununla bağlı çox bir maraqlı fakt təqdim edilib. Faktı isə Azad İstehlakçılar İctimai Birliyi tərəfindən təqdim edilib.

Məlumatda deyilir:

“Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlu arasında  mövcud olan   qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq mərhələyə qədəm qoyub. Bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün   sahibkarlar  insan orqanizmi üçün son dərəcə zərərli maddələrlə zəhərlənmiş  paltarı  anbardan çıxarıb satmaq qərarına gəliblər.

 “Azur”un rəhbəri olan Fuad Rzayev  və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb. O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini  pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz  şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər. “Azad İstehlaçılar”İB-yi tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb. Qeyd edək ki, 08.04.2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov da satış üçün nəzərdə tutulan geyim əşyaların yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair 9-8081 nömrəli 07 fevral 2022-ci il tarixli  rəsmi ekspert rəyini təqdim etməklə  bildirib.

Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları “təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli olması səbəbindən 2004-cü ildə  beynəlxalq razılaşma əsasında  dünyanın  7 ölkəsi istisna olunmaqla(Mozanbik Zimbve,daha 5 ölkə) istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından istifadə edilib. Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 01.06.2023-cü il tarixdə 0613 saylı  sınaq protokolu ilə  təsdiq edib”.

Məlumatda daha sonra qeyd edilir:

“Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi  ekspert rəyini təksib edərək, həmin mallarının 85%-nin satışa yararlı olması dair 8.08.2023-cü il tarixli  9/2015 saylı ekspert  rəyi verib. Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir birinə zidd olan iki rəsmi sənədi təcüb  və sual dogurur!?

Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə 14.09.2023-cü il tarixində 2-2(103)-141/2023  saylı qətnamə çıxarıb. Sonradan 01.03.2024-cü il tarixində 2-2(102)-44/2024 saylı qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.

“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən  və  məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial (692 sayda fotoşəkil və 2 ədəd elektron daşıyıcı flaşkart) məhkəmə işinin materialları arasından yoxa çıxıb! AİİB-ə təqdim olunan məlumata görə,  bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir.Bu faktların yox olması kimin marağındadır?!

 Verilən məlumatda  qeyd olunur ki,bu  işdə  yeni fiqurant ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar   paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o  sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Yəqin ki,  dəymiş zərəri kompensasiya etmək üçün təhlükəli malların sahibi bu geyimləri bazara çıxarıb istehlakçılara satacaqlar.

Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediyaya müraciyət etməklə bərabər, İqtisad Nazirliyyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Daxili İşlər Nazirliyinə,Respublika Prokurorluğuna,Səhiyyə Nazirliyinə  rəsmi müraciyətlər göndərib”.

News365.az

Избранный
556
23
news365.az

10Источники