RU

Şuşada təbiət də Zəfər bayramını qeyd edir - Şəhər SAKİNLƏRİ

Bu gün Şuşa şəhərinin erməni işğalından azad edilməsindən 4 il ötür. Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 

Zəfər bayramı Şuşada necə yaşanır?

Modern.az-ın əməkdaşı mövzu ilə bağlı Şuşada yaşayan jurnalist Kərim Kərimli və rəssam Rövşən Bayramovla həmsöhbət olub.


Kərim Kərimli bildirib ki, builki Zəfər bayramı onun üçün xüsusilə əlamətdardır:


“2020-ci ildən bəri hər il bu gün qeyd olunur. Amma bu il mənim üçün xüsusi əhəmiyyətlidir. Çünki ilk dəfədir ki, bu günü Şuşada qeyd edirəm. 10 may 2024-cü ildə Şuşaya köçmüşük. Şuşanın işğaldan azad olunması böyük bir sevinc, xoşbəxtlik idi”.
 


K.Kərimli qeyd edib ki, bu gün sanki təbiət də bayramı qeyd edir:


Bilirsiniz ki, Şuşada tez-tez yağış yağır, duman gəlir, çiskin olur. Bu gün isə hava günlük-günəşlikdir. Əhali saat 10-dan Zəfər parkına yığılıb. İndi isə şəhərin mərkəzi meydanına doğru yürüş edirik. Öndə ağsaqqallarımız olmaqla gənclərimiz əllərində Azərbaycan bayrağı ilə bayramı qeyd edirlər. Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Dövlət Qoruq İdarəsinin yerləşdiyi binada da 12 dirəkdə dövlət bayraqlarımız dalğalanır. Tədbirlərimiz gün boyu davam edəcək”.
 

Rəssam Rövşən Bayramov isə bildirib ki, bu günlə bağlı təəssüratları çox yüksək səviyyədədir:


“32 ildən sonra ilk dəfədir ki, Şuşada Zəfər bayramını qeyd edirəm. Şəhərdə rəsm əsərlərimi nümayiş etdirmək üçün sərgi açmağa hazırlaşıram. Rəsmlərimi “Güllü Bağ”da sərgiləmək üçün hazırlayıram”.

Избранный
10
1
modern.az

2Источники