RU

Trampın gəlişi bu ölkədəki vəziyyəti DƏYİŞƏCƏK: “Mitinqlər nəticəsiz qalacaq, ABŞ ilə əlaqələr isə..”

Donald Trampın yenidən prezident seçilməsindən sonra bir sıra məsələlər müzakirə obyektinə çevrilib. Bunlardan biri də Cənubi Qafqaz regionunun əsas oyunçularından biri, Gürcüstanla bağlı məsələdir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanla ABŞ arasında yaranan siyasi böhranın Tramp tərəfindən normallaşdırılması gözlənilir:

 

“Vaşinqton tərəfindən “Gürcü Arzusu” hökuməti arasında münasibətlər normallaşdıqdan sonra Avropa İttifaqı da Gürcüstanla siyasi əlaqələri bərpa edə bilər. Gürcüstanda müxalifətin etiraz mitinqləri isə nəticə verməyəcək. Müxalifətin seçki nəticələrini tanımamasına baxmayaraq, mövcud reallıqları qəbul edərək parlamentə gedəcəklər. Eyni zamanda, Avropa İttifaqı Gürcüstanla bağlı siyasətində sərt xətt siyasətindən imtina edəcək. Çalışacaq ki, rəsmi Tiflislə şərt dilində deyil, normal siyasi əlaqələr müstəvisində prosesləri davam etdirsin”.

 

Politoloq qeyd edib ki, Trampın prezident seçilməsi ABŞ-Avropa tandeminin zəifləməsinə, Cənubi Qafqaz siyasətində ayrı-ayrı siyasi xətlərin yaranmasına gətirib çıxara bilər:

 

“Gürcüstanda 20 il ərzində oturmuş demokratik təsisatların deqradasiyaya uğraması nəticəsində “Gürcü Arzusu” partiyası hakimiyyətini gücləndirəcək. Bu da Gürcüstanın zəifləməsinə və regional mövqeyinin itirilməsinə gətirib çıxaracaq”.

 

Günay

Sfera.az

 

 

Избранный
10
1
sfera.az

2Источники