RU

İlk “24-lük”dən 1 xal geridə

UEFA Avropa Liqasında 4 turdan sonra turnir cədvəli yenilənib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ” Liqa mərhələsinin ümumi cədvəlində irəliləyib.

Buna səbəb Ağdam təmsilçisinin “Bodo-Qlimt”i səfərdə 2:1 hesabı ilə məğlub etməsi olub. İlk 3 turda məğlub olan Qurban Qurbanovun yetirmələri aktivinə 3 xal yazdırıb. Bunun sayəsində komanda sonuncu pillədən 29-cu sıraya yüksəlib. Təmsilçimizi pley-off mərhələsinə vəsiqə verən ilk “24-lük”dən cəmi 1 xal ayırır.

Siyahıya 12 xalla “Latsio” başçılıq edir. “Ayaks”, “Qalatasaray”, “Ayntraxt”, “Anderlext” və “Atletik” hərəyə 10 xalla 2-6-cı pillələri bölüşürlər.

Избранный
11
futbolinfo.az

1Источники