2025-ci ilin yanvarında keçiriləcək İnauqurasiya Günü ərəfəsində Vaşinqtonda on minlərlə insanın yeni seçilmiş prezident Donald Trampa etiraz etmək üçün toplaşacağı gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” məlumat yayıb.
Məlumata görə, andiçmə mərasimi öncəsi Vaşinqtonda keçiriləcək Xalq Yürüşündə on minlərlə amerikalı, o cümlədən ABŞ-nin yeni seçilmiş prezidentinin tərəfdarları və əleyhdarları iştirak edəcək.
Qeyd olunub ki, “Vaşinqtona xalq marşı” adlanan nümayiş inaqurasiyaya iki gün qalmış yanvarın 18-nə planlaşdırılıb.
Nümayişə 50,000 insanın qatılacağı ehtimal olunur.
Mina Mikayılova