Dünya bazarlarında qızıl ucuzlaşmaqda davam edib.
Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyüçerslərinin qiyməti 0,42% azalaraq 2 694,4 ABŞ dollarına bərabər olub. Qızılın spot qiyməti isə 0,66% azalaraq 2688,76 dollara enib.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyüçerslərinin qiyməti də 0,78% azalaraq 31,61 ABŞ dollarına bərabər olub.