Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Viral.az xəbər verir ki, Türkiyə XİN-in “X” platformasındakı paylaşım deyilir:
“Qardaş Azərbaycanı qədim torpağı – Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qazilərimizi minnətdarlıqla xatırlayırıq”.