“Hizbullah” İsrailin iki hərbi bazasına raket zərbələri endirib
Livanın “Hizbullah” şiə hərəkatı yəhudi dövlətinin şimalındakı Hayfa şəhəri yaxınlığında yerləşən iki İsrail hərbi obyektinə raket zərbələri endirib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat hərəkatın “Telegram” kanalında dərc olunub. Bildirilib ki, Hayfanın şimal-qərbində yerləşən İsrail hərbi dəniz qüvvələrinin “Stella Maris” bazası və şəhərin cənub-şərqindəki Ramat David aviabazaları hücuma məruz qalıb. Əməliyyatın nəticələri barədə məlumat verilməyib. Zərbələrin İsrailin Fələstin və Livan xalqlarına qarşı həyata keçirdiyi hücum və qırğınlara cavab olaraq endirildiyi bildirilib.