RU

Ermənistan İranı Qara dənizə birləşdirən mərkəzdir

Fars körfəzi-Qara dəniz dəhlizi iranlı sürücülər üçün müxtəlif və cəlbedici marşrutlardan biridir və Ermənistan İranı Qara dənizə birləşdirən mərkəzdir.

Bunu İranın İrəvandakı səfiri Mehdi Sübhani deyib.

O, İran və Ermənistanın illik ticarət dövriyyələrinin 3 milyard dollara çatdırılmasını qarşılarına məqsəd qoyduqlaını söyləyib.

Sübhani bundan əvvəl olduğu kimi yenədə Zəngəzur dəhlizi məsələsinə toxunub və ölkəsinin bunun əleyhinə olduğunu bildirib.

"Biz Ermənistanın milli və ərazi suverenliyi altında sərhəd maneələrinin aradan qaldırılması ilə razıyıq. Ancaq dəhliz məsələsi ilə razılaşmırıq; Biz geosiyasi dəyişikliklər yaradan hər şeyin əleyhinəyik",- İran səfiri təkrar edib.

visiontv.az



Избранный
32
visiontv.az

1Источники