RU

Trampın qayıdışı Ermənistan və Cənubi Qafqaz üçün nə deməkdir?

Erməni analitikAni Avetisyan Almaniyaya bağlı “intellinews.com” saytında “What Trump’s return means for Armenia and the South Caucasus” (Trampın qayıdışı Ermənistan və Cənubi Qafqaz üçün nə deməkdir) adlı məqalə ilə çıxış edib.

Müəllif yazır ki, Trampın qələbəsi İrəvanda həm ümidləri, həm də narahatlığı artırıb. Ermənistanın baş naziri Nikol Paşinyan Trampı qələbə münasibətilə təbrik etməyə tələsdi və iki ölkə arasında strateji tərəfdaşlıq üzrə “birgə işləməyə” ümid etdiyini bildirdi, lakin bir çoxları Vaşinqtonda hakimiyyət dəyişikliyinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesində iştirakını əhəmiyyətli dərəcədə azaldacağından narahatdırlar.

Müəllif qeyd edir ki, bu ilin əvvəlindən etibarən ABŞ-Ermənistan münasibətləri “strateji dialoq”dan “strateji tərəfdaşlığa” keçib.

Trampın seçki kampaniyası zamanı dediyi “təqib olunan xristianları müdafiə edəcək, zorakılıq və etnik təmizləməni dayandırmağa çalışacaq, Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edəcək”, kimi vədləri çoxlarına boş və mənasız göründü. Çünki Tramp administrasiyası 2020-ci ildə Ermənistan və Azərbaycan arasında müharibə zamanı hakimiyyətdə olduğu üçün regiona xüsusi diqqət yetirmədi. Nəticədə dağıdıcı müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatdı...

Müəllifin bu fikri isə xüsusi diqqətə layiqdir: “Bəziləri Trampın geri qayıtmasına Azərbaycanın Qafqazda Qərbin iştirakını minimuma endirmək və Ermənistanla danışıqlarda Azərbaycana maksimum fayda gətirəcək razılaşma əldə etmək şansı kimi baxır. Son illərdə Azərbaycanı dəstəkləyən Rusiya da ABŞ hökumətinin Baydenin gedişindən əvvəl sazişi yekunlaşdırmaq istəyinin artmasından şikayət edərək, “tələsik” sülh sazişinə qarşı çıxmışdı.

Başqa bir məqama da diqqət çəkən Ani Avetisyan yazır ki, Trampın qayıdışı Ermənistanın regional münasibətlərini də çətinləşdirəcək. Onun Moskvaya qarşı potensial olaraq daha konstruktiv yanaşması bəzi regional gərginliyi azalda bilər, lakin onun Ermənistanın mühüm qonşularından və iqtisadi tərəfdaşlarından biri olan İrana qarşı daha sərt mövqeyi yeni problemlər yarada bilər. Trampın güclü İsrailyönlü mövqeyi və anti-İran təşəbbüslərində Azərbaycanla potensial həmrəyliyi Ermənistan üçün regional dinamikanı daha da çətinləşdirə bilər. Bu arada hər hansı potensial Rusiya-ABŞ yaxınlaşması Ermənistanın Qərbə və Avropa Birliyinə yönəlik xarici siyasət istiqamətini daha da çətinləşdirəcək.

Erməni analitikin sözünün canı odur ki, yeni administrasiyanın gəlişi Cənubu Qafqazda Azərbaycanın mövqeyini gücləndirəcək. Müvafiq olaraq Ermənistanın vəziyyəti daha da çətinləşəcək.

Bir daha qeyd edim ki, bunu erməni analitik yazır. Mən də bu barədə dəfələrlə yazmışam. Yazmışam ki, Donald Trampın seçilməsi Azərbaycanın xeyrinədir. Kamala Harrisin yuxarı başa keçməsi isə Ermənistana qol-qanad verəcək...

Müxalifətdəki dostlarımız isə deyir ki, sən diktator Donald Trampı yox, demokrat Harrisi müdafiə etməlisən. Niyə ki? Əvvəla, Amerika xalqı o qədərmi axmaqdır ki, diktatura səs versin. İkincisi, Azərbaycanın işinə yarıyan diktator mənim üçün erməniləri başımıza çıxaracaq demokratdan yüz dəfə yaxşıdır...

Elbəyi Həsənli

visiontv.az



Избранный
8
50
visiontv.az

10Источники