ABŞ-da Trampın yenidən hakimiyyətə gəlməsi Avropanı tədirgin etməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, yeni prezidentin açıqlamaları, habelə atacağı addımların nədən ibarət olacağını bildiyindən AB sıxıntılara hazırlıq görməyə başlayıb.
Belə ki, dünən Avropa Birliyi ilk dəfə olaraq, Müdafiə və Kosmos üzrə Komissarlıq yaradıb. Onun başçısı postuna isə Litvanın keçmiş baş naziri Kubilius təyin edilib.
O, çıxışında bildirib ki, AB ölkələrinin hər il ÜDM-lərinin cəmi 2 faizi ümumi müdafiə xərclərinə ayrılacaq.
Tribunainfo.az xəbər verir ki, bir çox ekspertlər AB-nin belə bir addım atmasını müdafiə sahəsində ABŞ-ın iştirakını minimuma endirmək məqsədi daşıdığını qeyd edirlər. Onların sözlərinə görə, bu çoxdan atılmalı addım idi.
Amma məsələ ilə bağlı fərqli düşünənlər də var. Onlar hesab edirlər ki, AB bununla nəhayət, qlobal geopolitik aktor kimi formalaşaraq, dünya siyasətinə daxil olmağa başlayıb.