Şuşa. Trend:
8 Noyabr - Zəfər Gününü Şuşa məktəbliləri də qeyd ediblər.
Bunu Trend-əaçıqlamasında Şuşa şəhər 1 saylı tam orta məktəbin direktoru SəbinəGözəlova bildirib.
"Sevindirici haldır ki, bu gün biz bu tədbirləri Şuşasakinlərilə birlikdə keçiririk. Nə xoş bizə ki, bizim məktəbin aktzalında keçirilən bu tədbirlərdə Şuşalı məktəblilər öz bilik vəbacarıqlarını böyük sevinc və qürur hissilə nümayiş etdirirlər.Əlbəttə, bu, bir başlanğıcdır. Biz bu gün fəxrliyik,qürurluyuq".
Bu qüruru və bu zəfəri bizə yaşadan şəhidlərimizə, müharibəiştirakçılarına və təbii ki, Ali Baş Komandana təşəkkür edirik", -o deyib.
S.Gözəlova Şuşada təhsilalan yşaqların gələcək təhsilinə vəpedaqoji kollektivin çiyinlərinə düşən məsuliyyətə də toxunub.
"Söz yox ki, bu gün bu Zəfərin qüruruyla böyüməkdə olan nəsildaha da sağlam təfəkkürlü və vətənpərvər böyüyəcək. Biz də pedaqojiheyət olaraq bu yolda əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, buməktəb binasında təhsil alan hər bir məktəbli yüksək intellektə vədərin savada malik olsun. Gələn illərdə də Zəfər günümüz daha damöhtəşəm və geniş şəkildə keçiriləcək", - deyə o bildirib.
Zəfər Günü münasibətilə təşkil edilən tədbirdə şəhər sakinləri,Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinəməkdaşları, millət vəkili Polad Bülbüloğlu, ictimaiyyətnümayəndələri iştirak ediblər. Tədbirin sonunda, məktəblilərinŞuşanın tarixindən bəhs edən ədəbi-bədii kompozisiya nümayişetdirilib.