RU

“Köhnə çamadanlar”ın Ankara premyerası olub - FOTOLAR

8 noyabr – Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunub.

"Cebheinfo.az" xəbər verir ki, “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda Səidə Haqverdiyevanın rejissoru olduğu filmin qalası baş tutub.

"RS Production"un istehsalı olan filmdə Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar.

Mərasimdə çıxış edən Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan, Ankara Ticarət Odasının sədri Gürsel Baran, MHP sədr müavini, professor Mevlüt Karakaya, AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram, “Qazi” Universitetinin prorektoru, professor Hasan Tezer və Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyinin başqanı Hilmi Yaman Türkiyə Azərbaycan qardaşlığı, iki dövlət arasındakı tarixi əlaqələrə toxunublar.

Qeyd edək ki, nümayiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, AHİD – Ankaralılar Dərnəyi, eləcə də Altındağ Bələdiyyəsi, “Qazi” Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Port Baku”, “Kraton clinik” və digər təşkilatların dəstəyi ilə reallaşıb.

"Cebheinfo.az"

Избранный
10
1
cebheinfo.az

2Источники