RU

UEFA: "Qarabağ" parlaq oyun keçirməsə də, ilk qələbəsini qazandı

UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin IV turunda Norveçdə “Bodo-Qlimt” üzərində qazandığı qələbədən (2:1) yazıb.

Sportal.az xəbər verir ki, UEFA Azərbaycan çempionunun qalibiyyətini bu cür şərh edib:

“Qarabağ” ən parlaq oyununu keçirməsə də, cari yarışda ilk xalı və ilk qələbəsini qazandı. Ağdamlıların əsas üstünlüyü meydan sahiblərinin öyünə bilmədiyi şansları reallaşdırmaqdı. Qurban Qurbanovun komandasına ilk qolu qismən qapıçı Nikita Xaykin hədiyyə etdi. O, topu uğursuz uzaqlaşdırdı, Toral Bayramov isə onu götürdü və uzaqdan gözəl zərbə endirdi. Meydan sahibləri çox çalışdı və ilk hissədə bir neçə şans yaradaraq hesabı bərabərləşdirdi. İkinci hissədə isə “Qarabağ” bundan maksimum yararlanaraq, müdafiədəki səhvlərə görə “Bodo-Qlimt”i cəzalandırdı. Abdullah Zoubir o qədər də müqavimət göstərmədi, cərimə meydançasına doğru irəlilədi və demək olar ki, maneəsiz sol küncdən zərbə endirdi”.

saytlarin hazirlanmasi

Избранный
61
1
sportal.az

2Источники