Kanadanın Moskvadakı diplomatik missiyasının rəhbər müavini cümə günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Noyabrın 8-də Kanadanın Moskvadakı diplomatik missiyasının rəhbərinin müavini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona NATO ölkələrinə qarşı "Rusiya təxribatı” planlaşdırıldığına dair saxta ittihamlara görə rəsmi nota təqdim edilib”, - məlumatda bildirilib.
XİN qeyd edib ki, Kanada tərəfinin ABŞ-ın təhriki ilə Rusiyanın guya NATO ölkələrinə qarşı təxribat hazırlaması barədə yaydığı fərziyyə, ehtimal ki, kobud anti-Rusiya təxribat hazırlığından xəbər verir.
www.anews.az