RU

ÇL matçı zamanı ölən azarkeş Lüksemburq millisinin keçmiş baş məşqçisi olub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda baş tutan "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) matçı zamanı vəfat edən azarkeş Lüksemburqun qadınlardan ibarət yığmasının keçmiş baş məşqçisi olub.

“İki sahil” xəbər verir ki, bu barədə "RTL.lu" məlumat yayıb.

"Bavariya" klubunun azarkeşi olan Romeyn Cin 2006-2012-ci illərdə Lüksemburqun qadınlardan ibarət əsas komandasına rəhbərlik edib.

Qeyd edək ki, oyun zamanı halı pisləşən azarkeş ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılarkən yolda vəfat edib. Noyabrın 6-da keçirilən "Bavariya" - "Benfika" matçı Almaniya klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
11
1
ikisahil.az

2Источники