RU

Onun ikinci arvadı olduğumu... - Şəbnəm Tovuzludan şok etiraf

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) lent.az-a müsahibə verib.  

- Son günlərdə adınız mətbuatın gündəmindən düşmür...- Mən belə gündəmi istəmirəm. Bu cür söz-söhbətlər şou-biznesdə oxumağı bacarmayanlara lazımdır. Mənim isə bu qalmaqala ehtiyacım yoxdur. Gözəl sənətim və səsim var. Bu, mənə bəs edər. 

- Bu qədər müzakirə olunmağınızın əsl səbəbi nədir?- Mən bu işdə jurnalistləri də günahkar bilmirəm. Şəxsi həyatımın bu qədər müzakirə olunması, əsassız məlumatların dərc olunması bir sifariş idi.- Bu sifariş şou aləmində olan bir insan tərəfindən idi?- Bütün bunlar kənardan sifariş olunmuşdu.- Bəs həmin insanla necə mübarizə apardınız?- Susdum, fikir vermədim və mediada barəmdə yazılan neqativ yazıları da açıb oxumadım. Həm də yoldaşım mənə məsləhət gördü ki, söz-söhbətlərə fikir verməyim. Onun fikri mənim üçün çox əsasdır.- Sevdiyiniz şəxsdən övlad dünyaya gətirməyə hazırlaşırsınız...- Bəli, ikinci dəfə övladım olacaq, bu da məni çox sevindirir. Elə övladıma görə bir çox şeylərə əhəmiyyət vermirəm.  Qızımın 13 yaşı var. On üç ildən sonra oğul övladım dünyaya gələcək. Artıq adını da düşünmüşük. Oğluma atamın adını - Ələddin - qoyacağıq.

- Bəlkə, həyat yoldaşınız barədə ətraflı məlumat verəsiniz. Çünki onun da barəsində çox müzakirələr getdi...

- O, şou-biznes adamı deyil. Adının açıqlanmasını, tanınmasını istəmir. Çünki şou-biznesdən uzaq bir adamdır. Sənət dostlarımdan çoxu həyat yoldaşımı tanıyır.- Onunla tanışlığınız necə olub?- Moskvada tanış olmuşuq. Yaxşı ki, tanış olmuşuq.- Söylədiniz ki, həyat yoldaşınız sizə qadağalar qoyub. Nələri qadağa edib sizə?- Bir çox şeyə qadağa qoyub. Xüsusi ilə də şəkillərimizin mediada yayılmasına. Ümumiyyətlə, bizim şou-biznesdə bir çox şeyləri yaxşı qarşılamırlar. Məsələn, müğənni evini, maşınını və ya həyat yoldaşını göstərir, müzakirə edirlər. Ona görə də yaxşısı budur ki, heç nə göstərməyəsən. Mənim ailəm şou aləminə maraqlı olmamalıdır. Ailəm özümə məxsusdur. - Hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığınız və təhdid edildiyiniz deyildi. Həyat yoldaşınızın adı da bu mövzuda çox çəkildi. Bu, nə qədər doğrudur?- Bunlar hamısı şayiələrdir. Həmin söz-söhbətlər aşıq Telli, əməkdar artist Mətanət İsgəndərli barədə də danışıldı. Nə oldu?! Boş şeylərdir. Sadəcə birinin ağzından bir söz eşidib yazırlar. Heç həyat yoldaşımın da bu məsələyə heç bir aidiyyəti yoxdur. Yoldaşım özünə görə mədəni, imkanlı adamdır. - Həyat yoldaşınız birinci ailəsindən rəsmən boşanıb, sizinlə ailə qurub?- Yox, onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinci ailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram.  Sadəcə, molla nikahında ailəliyik. Bu evlilikdən uşağımız olacaq. Bunu onun ailəsi də bilir. Münasibətlərimiz yaxşıdır. Qaynatam, qaynanam, qayınlarım, baldızım da bizə gəlib-gedirlər. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir. Təki bütün kişilər mənim yoldaşım kimi dürüst və mehriban olsun. Bizə toxunanlar isə gec-tez öz cəzalarını alarlar.

- Bu söz-söhbətlərə həyat yoldaşınızın münasibəti necədir?- O, mənə deyir ki, ya bu söz-söhbətlərə dözüb sənətdə olmalısan, ya da evdə otur, sənin üçün başqa bir biznes açım. Deyir ki, sənin xətrinə dəymirəm, sənətdən çəkilmirsənsə, söz-söhbətlərə dözməlisən.- Mətbuatda dərc olunan bəzi neqativ yazıların şou-biznesdə tanınmış bir şəxs tərəfindən sifariş olunduğu deyilir... Bəlkə, həmin şəxsin adını açıqlayasınız?- Qoy o həmin adam öz həyatını yaşasın. Mənim heç bir müğənni ilə işim yoxdur. Onların mənimlə işi olub, nə edirlər ki?! Özləri də bilmədən məni reklam edirlər.  Bu qara reklam olsa da, insanların mənə olan sevgisini azalda bilmir.- Şou-biznesdə bir çox müğənnilər doğuş anında çəkilmiş videolarını sosial şəbəkədə paylaşırlar. Siz də belə addım atardınızmı? - Yox, qətiyyən. Yoldaşım hacı adamdır. Elə şeyləri sevmir. - Demək olar ki, bir çox müğənnilər ana olduqdan sonra sənətdən uzaq düşürlər. Sizdə necə olacaq? - Niyə görə? Həyat yoldaşım hər zaman mənə dəstəkdir. Mənə deyir ki, arxandayam, nə zaman müğənnilikdən getmək istəsən, onda da seçiminə hörmətlə yanaşacam.

- Həyat yoldaşınız geyimlərinizə qarışırmı?- Mənim açıq-saçıq geyimlərimi görmüsünüz? Üç-dörd ilə yaxındır ki, bu adamla evliyəm, ona necə xoşdursa, elə də geyinirəm. Hər zaman onun mənə bir kəlmə sözü olur. Hacıyam, hacılığıma hörmət elə.- Şəbnəm Tovuzlu adının son dövrlər tanınmasının əsl səbəbi nədir?- Son dövrlər gözəl mahnılar oxudum, yəni mən qalmaqallarla yaddaşlarda qalmamışam. Efirdə mədəniyyətimlə seçilmişəm. Bütün bunlar müğənninin sevilməsi üçün əsas şərtdir.- Əvvəlki illərə nəzərə alsaq, indiki dövrdə dəvət aldığınız toylarınızın sayı çoxalıb....- Bəli, amma indi çox toydan imtina edirəm. Çünki indi mənə dayaq olan həyat yoldaşım var.Artıq əvvəlki kimi ucqar rayonlarda olan toylara getmirəm. Əvvəllər ehtiyacım olduğuna görə rayon toylarına gedirdim. İndi yalnız Bakıda olan toylarda yarım saatlıq iştirak edirəm.- Müğənnilikdən başqa, biznes qurmaq fikriniz varmı?- Bəli, artıq bu barədə xeyli vaxt idi ki, düşünürdüm. Yaxın müddətdə gözəllik salonu açacam. Bu da mənim müğənnilikdən sonra ikinci biznesim olacaq. Həmin məkanın möhtəşəm açılış mərasimini də edəcəm. 

Избранный
25
show.az

1Источники