RU

Bakı Olimpiya Stadionunda ərazi üzrə görülən işlər açıqlanıb

BMT-nin istifadə edəcəyi ərazi tamamilə hazırdır. Sadəcə ölkə pavilyonlarında materialları özləri gətirdiyi üçün hazırlıq işləri 92 faiz yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün işlər tədbirə qədər tamamilə bitəcək.

“Məkanların tikintisində istifadə edilən materialların çox hissəsi yenidən istifadəyə veriləcək. Müvəqqəti tikintilərin ərazisi 112 min kvadratmetrdir, ümumi BMT-nin istifadə edəcəyi ərazi isə 150 min kvadratmetrdir”, – deyə o əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Избранный
17
3
medianews.az

10Источники