RU

“Qərb və Ermənistan bədxahlıq və ədalətsizlik baxımından bir vahiddir”

Bu gün Prezident İlham Əliyev Zəfər parkının açılışında iştirak edib, xalqa müraciət ünvanlayıb. Dövlət başçısı xalqa müraciətində Qərbin bu gün də Ermənistana dəstək verdiyini, onu silalandırdığını, müharibəyə təhrik etdiyini bildirib.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli, Qərb və Ermənistan arasındakı oxşarlıqların hədsiz dərəcədə çox olduğunu vurğulayıb, onları vahid kimi xarakterizə edib:

 

“Qərb və Ermənistan bir vahiddir. Onların bir çox xüsusiyyəti demək olar ki, eynidir. Ədalətsizlik, bədxahlıq, təxribata meyillilik onların ikisini də birləşdirən xüsusiyyətlərdir. Bura bəzi dini-tarixi nüanslar da daxildir.

 

Bu baxımdan Qərbin Ermənistanı sürətlə silahlandırması, onu müharibəyə, qarşıdurmaya təhrik etməsi anlaşılandır.

 

Təbii ki, Ermənistan baş verənlərin onun üçün mümkün nəticəsini başa düşməli, Qərbin təhriki ilə hərəkət etməkdən imtina etməlidir. Bunu Ermənistanın öz dövlət maraqları tələb edir. Əks təqdirdə, Qərb Ermənistanı növbəti dəfə öz maraqlarına qurban verəcək”.

 

Seymur ƏLİYEV

 

Избранный
11
1
moderator.az

2Источники