1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
8 noyabr - məhz bu tarix təqvimə qızıl hərflərlə yazıldı.
Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ərazi bütövlüyümüz bərpa olundu. Bütün bunlara isə Müzəffər Ali Baş Komandan başda olmaqla güclü ordumuzun, şəhid və qazilərimizin sayəsində nail olduq.
Bir yumruq altında birləşən igidlərimizin amalı, arzusu eyni idi: torpaqlarımızı azad etmək. 44 günlük Vətən müharibəsinin son gününə qədər döyüşən, Zəfər Günündə qəhrəmancasına şəhid olan Ceyhun Nəhmətov kimi.
Uşaqlıqdan hərbi geyimlərə xüsusi marağı olan Ceyhunun ən böyük arzusu torpaqlarımızı azad və bütöv görmək idi.
Şəhidin atası Ehtiqad Nəhmətov Baku TV-yə oğlu ilə son telefon danışığından söz açıb:
"Onunla tez-tez əlaqə saxlayırdım. Bir dəfə 2-3 gün telefonuna zəng çatmadı. Dostları xəbər verdilər ki, Ceyhun sağ-salamatdır. Daha sonra mənə zəng edəndə danışa bilmirdi. Soruşdum ki, sənə nə olub, yaralanmısan? Dedi, ata, yaralı deyiləm, elə şeylər var ki, danışmaq olmaz. Noyabrın 6-da sonuncu söhbətimiz oldu. Mənə dedi ki, ata, özündən muğayat ol".
Daha ətraflı videosüjetdə: