RU

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun bir müddət əvvəl verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub.
Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunan Pərviz Paşa oğlu Qədirov isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.
Избранный
29
oxu.az

1Источники