ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın həyat yoldaşı Melaniya Tramp, qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin Ağ Evə köçməyəcəkləri iddia edilib.
Sherg.az “People” jurnalına istinadən xəbər verir ki, Tramp ailəsinə yaxın olan adı açıqlanmayan mənbələr 47-ci prezident seçilmiş Donald Trampın həyat yoldaşı Melaniyanın Ağ Evə köçmək istəmədiyini iddia edib.
Mövzu ilə bağlı danışan mənbələr Melaniya Trampın Nyu Yorkdakı evində və ya Floridadakı Mar-a-Laqo malikanəsində yaşayacağını qeyd edib.
Bildirilib ki, Melaniya Tramp “siyasətdən nifrət etdiyi üçün uzaq qalacaq”, lakin Ağ Evdə iştirak etməli olduğu proqramlara qatılacaq.
“PageSix” saytının məlumatına görə, adı açıqlanmayan mənbələr Trampın qızı İvanka Tramp və kürəkəni Jared Kuşnerin Ağ Evə köçməyəcəyini iddia edib.
Mənbələr İvanka Tramp və Jared Kuşnerin Mayamidə yaşadıqlarını və siyasətə qayıtmağı planlaşdırmadıqlarını bildirsələr də, Kuşnerin “lazım gələrsə” seçilmiş prezident Trampın yeni administrasiyasına keçid komandasına məsləhət verə biləcəyini bildiriblər.
İvanka Tramp və əri Jared Kuşner Donald Trampın 2016-cı il seçki kampaniyasını dəstəkləyib və o Ağ Evdə olarkən baş məsləhətçi vəzifəsində çalışıblar.