RU

Ərdoğan Qəzza bölgəsi və Livanla bağlı Trampa çağırış edib

 
"Tramp tərəfindən İsrailə yardımın məhdudlaşdırılması regionda sabitlik üçün faydalı addım olardı..."
 
ABŞ prezidenti seçkilərində qalib gələn Donald Tramp İsrail ilə HƏMAS arasında müharibə də daxil olmaqla regionda vəziyyətə təsir göstərəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Məlumatı "mignews.com" nəşri yayıb.
 
Türkiyə lideri vurğulayıb ki, Tramp tərəfindən İsrailə yardımın məhdudlaşdırılması regionda sabitıik üçün yaxşı addım olardı. O, hərbi əməliyyatların dayandırılmasına çağırış edib.
 
Ərdoğan həmçinin məlmat verib ki, ABŞ-ın yeni prezidentini Türkiyəyə rəsmi səfərə dəvət edib və əmin olduğunu bildirib ki, belə qarşılıqlı əlaqə müxtəlif münaqişələrin, o cümlədən Ukrayna müharibəsinin nizamlanmasına kömək edə bilər.
 
Bundan başqa, o, Trampla Amerika qoşunlarının Suriyadan çıxarılması məsələsini müzakirə etmək niyyətindədir və bunu regionda sabitlik üçün vacib hesab edir.
 
Qeyd edək ki, Donald Tramp ABŞ siyasətində, o cümlədən İranla münasibətlərdə geniş miqyaslı dəyişikliklər etmək niyyətindədir.
 
O, Amerikanın beynəlxalq aləmdə yanaşmasını dəyişməklə yanaşı, mövcudluğuna inandığı "dərin dövlət"ə qarşı müqavimət göstərməyi planlaşdırır. 
 
CNN-nin məlumatına görə, Tramp diplomatik korpus da daxil olmaqla, minlərlə dövlət qulluqçusunu işdən çıxarmaq niyyətindədir.
 
Dövlət Departamentində keçid prosesinə rəhbərlik etmək üçün Tramp artıq əsas simanı, əvvəllər İranın üzrə xüsusi elçi və bu ölkəyə qarşı sərt sanksiyalar tərəfdarı olan Brayan Xuku təyin edib.
 
Xuk qeyd edib ki, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatı və maliyyə imkanlarına zərbə vurub, bu siyasətin məqsədi isə təkcə İranla yeni sövdələşmənin bağlanması deyil, həm də onun iqtisadi gücünün zəiflədilməsindən ibarətdir.
Избранный
15
50
moderator.az

10Источники