RU

Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur

Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur.

“İki sahil” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ölkənin Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzv statusunda təmsil edilməsinə hazır olduğunu bildirib.

Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanla bağlı bir çox layihələr həyata keçirib. Özbəkistan Prezidentinin bu təşəbbüsünün həyata keçirilməsi ortaq mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə türk dövlətləri arasında mədəni dəyərlərin öyrənilməsi, qorunması və təbliği istiqamətində əməkdaşlığın güсləndirilməsinə geniş imkan yaradır.

Qeyd edək ki, bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurucu ölkələr, Macarıstan isə Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsidir.

Избранный
13
2
ikisahil.az

3Источники