RU

Peskov həmin kəşfiyyat təyyarələrindən DANIŞDI: “Söz vermişdilər, amma indi…”

Kreml Finlandiya kəşfiyyat təyyarələrinin Rusiya Federasiyasının sərhədləri yaxınlığındakı bazası ilə bağlı məlumatlara reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O bu barədə jurnalist Pavel Zarubinə müsahibə verib.

 

“NATO-ya daxil olarkən verdikləri bəyanatları xatırlasanız, Finlandiya sərhədlərimizə yaxın heç bir hərbi infrastruktur elementini yerləşdirməyəcəyini demişdi. İndi isə Finlandiyada Rusiyaya dair kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulan pilotsuz təyyarə bazası ilə bağlı KİV-də yayılan məlumatlar təsdiqlənməlidir”.

 

Peskov məlumatların yoxlanılmalı olduğunu vurğulayıb. Qeyd edək ki, Finlandiyanın milli ictimai yayım şirkəti “Yle” Helsinkinin NATO-ya pilotsuz uçuş aparatlarının müşahidəsi üçün baza yerləşdirməyi təklif etdiyini bildirmişdi. Xəbərə görə, belə bir baza üçün dörd potensial yer var.

 

Xatırladaq ki, 2023-cü ilin martında rəsmi olaraq NATO-ya qoşulan Finlandiya sərhədlərinin təhlükəsizliyini və hərbi blokun qüvvələrini öz ərazisində yerləşdirməyə ehtiyac olmadığını bəyan etmişdi. Rusiya prezidenti Vladimir Putin isə xəbərdarlıq edərək bildirmişdi ki, NATO-nun hərbi infrastrukturunun Finlandiya ərazisində yerləşdirilməsi ekvivalent reaksiyaya səbəb olacaq.

 

Günay

Sfera.az

Избранный
15
sfera.az

1Источники