RU

Jurnalistlərimiz cəbhədə nələr yaşadılar? - Gözümüzün önündə parça-parça oldu...

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV Azərbaycan mediası və jurnalistlərin Vətən müharibəsindəki rolundan bəhs edən süjet hazırlayıb.
Qeyd olunub ki, hərbçilərdən fərqli olaraq informasiya müharibəsinin qəhrəmanlarının mikrofon və kameradan ibarət olan silahları onları real təhlükələrdən xilas etmir. Elə 44 günlük Vətən müharibəsi bu fikirlərin bariz nümunəsi idi.
Hərbi əməliyyatların gedişatını ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün cəbhə bölgəsinə yollanan reportyorlar həmin günləri belə xatırlayıblar:
"İnformasiya müharibəsinə hazır idik. Hamımız o günü gözləyirdik. Müharibənin nə demək olduğunu bilmirdim. Füzuliyə çatanda həqiqətən də müharibənin içində olduğumu anladım".
Müharibələrin xarakterik cəhətləri də onun yaddaşlarda silinməz izlər qoymasıdır. Bu baxımdan Vətən müharibəsi jurnalistlərin xatirələrində bir ömür boyu unuda bilməyəcəkləri anlarla həkk olunub.
"Çəkiliş apardığımız yerdə atəşə tutulduq. Bizdən cəmi 30 metr kənarda mülki şəxs dayanmışdı. Top mərmisi yanında düşdü və adam parça-parça oldu", - deyə jurnalist Elnur Tofiq deyib.
Ətraflı süjetdə:
Избранный
60
50
oxu.az

10Источники