RU

"Qarabağ" şimallılar üçün ölüm küləyi əsdirdi" - norveçlilər Toraldan küsüb?

"Qarabağ" Avropa Liqasının əsas mərhələsində ilk qələbəsini "Bude/Qlimt"in meydanında qazandı - 2:1.

Etiraf edək ki, cütün favoriti norveçlilər idi və "köhlən atlar"ın vacib qalibiyyəti bizim üçün çox xoş sürpriz oldu. Lakin meydan sahiblərinin düşərgəsindəki əhval-ruhiyyə bunun tam əksidi. Və Norveç mətbuatı da Ağdam təmsilçisinin rəqibindən üstün oyun göstərdiyini qeyd edib.

"Football-plus.az" xəbər verir ki, "vg.no" nəşri "Qarabağ"ın "Bude/Qlimt"i məğlub etməsini liderlik keyfiyyətləriylə əlaqələndirib:

"Aspmyura" şimallılar üçün isti evdi. Burda Norveçin şaxtalı havası azarkeşlərin qaynar sevgisiylə vəhdət təşkil edir. Dəqiq desək, adətən, belə olur. Bu dəfə azarkeşləri "Bude/Qlimt"i yetərincə dəstəkləmədi. Bu haqda başqa yazıda...

"Qarabağ" şimallılar üçün ölüm küləyi əsdirdi. Budelilər matçda sanki küsmüşdülər. Budedən... "Aspmyura"dan... Elə küləkdən də... Canlı şahidi olduq ki, külək rəqibə yox, bir neçə epizodda meydan sahiblərinə mane oldu. Gah topu itirdilər, gah da zərbələrinin istiqaməti dəyişdi. Hətta Nikita Haykin epizodların birində üzərinə gələn topu tutmaq istəyirdi ki, külək topu başqa yönə apardı. Yaxşı ki, qol olmadı...

..."Qarabağ" lider kimi oynadı. Onlar yalnız hissələrin ilk dəqiqələrində göz oxşamadı. Azərbaycandan gələnlər "dişsiz" olmadığını göstərdi. Rəqibin yalnız künc zərbələri zamanı diqqəti yayınırdı. Qonaqlar əvvəl Toral Bayramovun gözəl qoluyla önə keçdi. İkinci hissədə isə Abdulla Zubir fərqləndi. Biz Torala qoluyla bağlı iki sual ünvanladıq. O, suallarımıza cavab vermək istəmədi. Hər halda, komandasına qazandırdığı qələbədə böyük pay sahibi olduğu üçün ona hörmət etməliyik".

KƏNAN BAHADIR

Избранный
22
football-plus.az

1Источники