RU

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

ABŞ-da 5 noyabrda keçirilən prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın qələbəsindən sonra "Tesla" şirkətinin bazar dəyəri 27 % artaraq 1 trilyon dollara çatıb.

Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, "Tesla"nın səhmləri 6 %-dən çox artaraq 317,60 dollara qalxıb.

Səhmlərdəki bu artımla "Tesla"nın bazar dəyəri 1 trilyon dolları keçib.

Beləliklə, "Tesla" dünyanın ən dəyərli şirkətləri arasında 9-cu sıraya yüksəlib.

Elon Maskın baş icraçı direktoru (CEO) olduğu şirkətin səhmləri, ABŞ-da 5 noyabrda keçirilən prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın qələbəsindən sonra yüksəlməyə başlayıb.

Trampın ən böyük tərəfdarlarından biri olan Mask, onun seçki kampaniyasına 130 milyon dollardan çox ianə etmişdi.

"Tesla"nın səhmləri Trampın seçki qələbəsi ilə həftənin əvvəlindən etibarən 27 faizdən çox artıb.

Rəhim

Избранный
57
50
valyuta.az

10Источники