RU

Vətəndaşlar nə üçün “şərikli internet”ə üz tuturlar? - “Tarif qaldırılıb, seçim imkanları..." - AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları tərəfindən Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlili aparılıb. Qeyd olunub ki, təhlil 2023-cü ilin iyunundan 2024-cü ilin avqustuna qәdәr olan dövrü əhatə edib.

Ölkə.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, indiki halda ictimai əhəmiyyət kəsb edən məsələ sürət deyil, sürətin seçimdir:

“Daha doğrusu, tələbata uyğun sürətlərin seçimidir. Hazırda ölkədə belə bir seçim məhdudlaşdırılıb. Provayderlər separat sövdələşmə edərək eyni anda minimal tarifləri qaldırıb və vətəndaşların seçim imkanı məhdudlaşıb. İKTA müşahidə edə bilmir ki, sosial mediadakı minlərlə insanın müzakirələri, İKTA-ya və Antiinhisara olan yüzlərlə müraciətlər sürətli internetə əlçatanlığı yox, tələbata uyğun sürət seçə bilməməklə bağlıdır? Dağın başında olan tənha bir qocaya, heç bir imkanı olmayan, sahibkarlıqla məşğul olmayan və tələbatı olmayan kəndliyə zorla 100Mb/s xidmət verib, bununla da internet sürətilə bağlı hansısa beynəlxalq reytinqdə yüksəldiyimizi elan etməyi İKTA-ya yaraşdırmıram”.

Ekspert qeyd edib ki, artıq ölkəmizdə “sürətli internetə əlçatanlıq” deyə problem bitib:

“Bu mövzu artıq qapanıb. On illərlə həll olunmayan problemi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həll edə bilib, nəhəng iş görülüb. Artıq kimə, harada böyük sürət lazımdır, heç bir problem yoxdur. Provayderlər hətta “1 Gb/s verə bilərik”, deyə mesajlar verirlər. Belə bir anda İKTA kimi tənzimləyici bir qurumun internet sürətilə bağlı təhlil aparması qəribə görünür və ağlabatan bir şey deyil. İKTA indiki anda ölkədə tələbata uyğun internet sürətlərinin mövcudluğu, yəni vətəndaşlamızın özünə lazım olan sürətləri seçmək imkanının olması, qonşu ölkələr və dünyada internet qiymətləri ilə bağlı müqayisəli təhlillər aparsa, daha məntiqli, faydalı, ağlabatan olardı. İKTA fərqində olmalıdır ki, ilin-günün bu vaxtında vətəndaşlarımız regionlarda nə üçün internetdən imtina edirlər yaxud nə üçün “şərikli internet”ə üz tuturlar”.

 

Избранный
25
3
olke.az

4Источники