RU

Ukraynada müdafiə nazirinin müavini işdən çıxarıldı

Ukrayna hökuməti müdafiə nazirinin müavini Aleksandr Sergeyi tutduğu vəzifədən uzaqlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz “telegram” kanalında bildirib.

“Sergey Aleksandr Petroviç Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilib”, - o yazıb.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavinini işdən azad edib.


Müəllif: Teleqraf.com
Избранный
20
13
teleqraf.com

10Источники