RU

Belarusda Rusiya və Ukrayna ombudsmanlarının görüşü olub

Rusiyada insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets Belarusda görüşüblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə T. Moskalkova öz Telegram kanalında məlumat verib.

 

Qeyd olunub ki, tərəflər qarşılıqlı razılıq əsasında baş çəkdikləri şəxslərin siyahılarını və məhbusların yaxınlarına göndərdikləri məktubları mübadilə ediblər.

 

T. Moskalkova vurğulayıb ki, Rusiya və Ukrayna tərəfləri həmçinin mülki şəxslərə yardımın göstərilməsi, o cümlədən ailələrin tapılması və birləşdirilməsi, məhbuslara qarşılıqlı səfərlərin təşkili üzrə gələcək humanitar əməkdaşlığı müzakirə ediblər.

 

Избранный
31
7
senzor.az

10Источники