RU

Mahir"Kayzerslautern"ə qol vura bilmədi, "Nürnberq" heç-heçə etdi

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Kayzerslautern"i qəbul edib.

Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Xallarını 18-ə yüksəldən "Nürnberq" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Избранный
106
1
sportinfo.az

6Источники