RU

Qərb Rusiya ilə Ukrayna arasında sülh sazişinin şərtlərini AÇIQLADI

Cənub-Şərqi Norveç Universitetinin professoru Glenn Diesen bildirib ki, Rusiya ilə sülh razılaşması üçün əsas şərtlər Ukraynanın neytral statusu və NATO-nun genişlənməkdən imtina etməsi olmalıdır.

Moderator.az xəbər verir ki, X sosial şəbəkəsində o, Ukraynanın alyansa qoşulmaqdan imtinasının kifayət etməyəcəyini qeyd edib. Onun sözlərinə görə, NATO genişlənmədən imtina etməlidir, RİA Novosti xəbər verir. 
 
Dizen həmçinin vurğulayıb ki, Ukraynada sülh yolu ilə nizamlanma heç bir halda hərbi təmas xətti boyunca “dondurulmağı” nəzərdə tutmamalıdır.
Избранный
24
moderator.az

1Источники