Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1, 39 dollar və ya 1,8 faiz artaraq 75,36 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.