RU

Salyanda “8 Noyabr - Zəfər Günü” qeyd olunub

Salyan rayonundakı Heydər Əliyev adına meydanda Şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunan təntənəli bədii-musiqili bayram tədbiri keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Günay Ağamalı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.

Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin dördüncü ildöünümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar və binaların eyvanlarından ölkəmizin üçrəngli bayraqları asılıb.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Milli qürurun, şərəfin, ləyaqətin zəfər çaldığı bu tarixi günə həsr olunmuş konsertdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik və qələbə ab-havalı musiqilər səsləndirilib.

Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb. Bədii-musiqili bayram konserti axşam saatlarında Heydər Əliyev Meydanda şanlı Zəfər Günümüzlə bağlı möhtəşəm atəşfəşanlıqla sona çatıb.

Избранный
46
36
modern.az

10Источники