Rusiya qoşunları Xarkovu vurub. Yeniavaz.com xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıb. Bildirilib ki, şəhərin iki rayonunun kəsişməsindəki ən işlək magistrallardan biri vurulub. Merin sözlərinə görə, zərbəyə idarə olunan hava bombası səbəb olub: “Zərbə nəticəsində mülki infrastruktura, eləcə də yol örtüyünə, trolleybusun təmas xətlərinə və küçə işıqlandırma şəbəkəsinə ziyan dəyib. Bundan əlavə, bir işləməyən yanacaqdoldurma məntəqəsi dağıdılıb, digəri isə yüngül zədələnib, yaxınlıqdakı otelin bir neçə şüşəsi sındırılıb”.