Qazaxıstan Müdafiə Nazirliyinə məxsus olduğu ehtimal edilən Mi-8 helikopteri ölkənin Aktobe vilayətinin Marktuk rayonunun Sarıjar kəndi yaxınlığında sərt eniş edib. Yeniavaz.com xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, təyyarədə 3 nəfər olub, onlardan biri dünyasını dəyişib. Yaralılar təyyarə ilə Aktobe rayon mərkəzinə aparılıblar.