RU

30 illik hay tamaşasının pərdəarxası: “Qərbə Ermənistanın qələbəsi deyil…”

Xəbər verdiyimiz kimi, noyabrın 8-də Zəfər parkının açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana və onlara havadarlıq edən xarici qüvvələrə ciddi xəbərdarlıq mesajı verdi.

Dövlət başçısı öz nitqində ermənilərdən alət kimi istifadə edən Qərb siyasi dairələrinin Azərbaycana təzyiqlərinin heç bir nəticə verməyəcəyini bildirdi.

Çünki Azərbaycana qarşı ardıcıl siyasi hücum kampaniyası aparan Qərbin məqsədi aydındır. Prezident İlham Əliyevin dediyi kimi, Qərb Azərbaycanın qələbəsi ilə barışa bilmir.

“Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır”, - deyə Prezident qeyd edib.

Bu gün Cənubi Qafqazda baş verən proseslər, Ermənistanın yürütdüyü siyasət Qərbin əsl niyyətinin bölgədə münaqişələrdən bəhrələnmək olduğunu bir daha təsdiq edir. Ermənistan üzərindən regiona daxil olmaq və burada möhkəmlənmək istəyən Fransa, Avropa İttifaqı, ABŞ, Kanada sülhün yaranmasında maraqlı deyil.

Çünki Ermənistanı “xilas etmək” adı altında regiona daxil olan Qərb dairələrinin Azərbaycanla şərti sərhəddə silahlar və kəşfiyyat missiyası göndərməkdə niyyəti bu bölgədə münaqişəni yenidən bərpa etmək, sonra isə ondan faydalanmaqdır. Ona görə də son 4 ildə gedən sülh danışıqlarında Fransanın, Avropa İttifaqının və ABŞ-nin ikibaşlı mövqeyi prosesin pozulmasına xidmət edib. 

Azərbaycan Prezidentinin çıxışının məntiqi mahiyyəti Qərbin bu manipulyasiyalarının Azərbaycana deyil, Ermənistanın özünə ziyan gətirəcəyini deməyə əsas verir. Bu da Azərbaycan dövlətinin siyasətinin real həqiqətə söykənməsi ilə bağlıdır. Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyası isə saxta media qurumlarının “feyk” məlumatlarına, qondarma qeyri-hökumət təşkilatlarının uydurma hesabatlarına əsaslanır. 

Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik”, - deyə Prezident bəyan edib.

Azərbaycanın Zəfəri ilə barışa bilməyən Qərb siyasi dairələri bu tarixi uğurun qisasını almaq üçün bütün resurslarını səfərbər edib. Amma onların bütün səyləri nəticə vermir. Çünki Qarabağ Zəfərinin əsasını təşkil edən xalq-Prezident-ordu birliyi bu gün də “Dəmir yumruq” strategiyası ilə davam edir. 

“Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir”. 

Azərbaycan Prezidentinin Qərb dairələrinin siyasi kimliyini ifşa edən bu qətiyyətli ifadələri təcrübəli dövlət başısı və peşəkar diplomat kimi İlham Əlyevin vəziyyəti düzgün qiymətləndirmək bacarığından irəli gəlir. Azərbaycan Prezidenti yaxşı bilir ki, bu gün erməni terrorçularından “yazıq” obrazı düzəldən, onların azad olunmasını tələb edən, Ermənistanı növbəti dəfə münaqişəyə sürükləyən Qərb müharibə baş verərsə, döyüş meydanında yer almayacaq. 

Qərb Ermənistanın əvəzinə müharibə aparan deyil. Ona görə də Fransa, ABŞ, Avropa İtifaqı Ermənistanı tək buraxıb qaçmağa üstünlük verəcək. Qərbə Ermənistanın qələbəsi deyil, regionda yeni münaqişə lazımdır. Bu isə Ermənistanın 44 günlük müharibədən daha ağır məğlubiyyətə düçar olmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycan Prezidentinin çıxışından ermənilər ciddi nəticə çıxartmalı və Qərbin təxribatına uymamalıdır.  

Избранный
120
40
cebheinfo.az

10Источники