RU

Yeni maşın: şarja ehtiyacı yoxdur, sürəti və qiyməti şok edir

“Aptera Motors” tamamilə günəş enerjisi ilə işləyən və şarj üçün şəbəkəyə qoşulma tələb etməyən inqilabi elektrik avtomobilinin yaradıldığını elan edib. 

News24.az xəbər verir ki, PI2 adlanan bu avtomobil artıq ilkin sınaqlardan keçib.“Aptera PI2” seçilmiş batareyalardan asılı olaraq 1600 kilometrə qədər qət edə bilir. Lazım gələrsə, elektrik avtomobili şəbəkəyə qoşula bilər. 

“Aptera” sadəcə “yaşıl” avtomobil deyil, o, 100 km/saat sürəti cəmi 4 saniyəyə yığmağa qadirdir.PI2-nin uğurunun sirri kuzovun yüngül dizaynı və aerodinamikasında həmçinin 700 Vt günəş panellərinin istifadəsidir. “Aptera” artıq ilkin sifarişləri qəbul edir. Minimum konfiqurasiyada yeni məhsulun qiyməti 30 700 dollardan başlayır, ən bahalı model isə 51 500 dollara təklif olunur.\\axar.az


Избранный
45
2
news24.az

3Источники